Berlində nəqliyyat işçiləri tətil edirlər

Almaniyanın paytaxtında Berlin Nəqliyyat Müəssisələrinin (BVG) işçiləri xəbərdarlıq tətili keçirirlər.

 

Tətil yerli vaxtla saat 03:00-da (Bakı vaxtı ilə 06:00) başlayıb və növbəti gün saat 03:00-a (Bakı vaxtı ilə 06:00) qədər davam edəcək.

 

BVG-nin məlumatına görə, Berlində metro işləməyəcək, bir çox marşrutlar üzrə tramvay və avtobuslar hərəkət etməyəcək. Tətil regional qatarlar və şəhər elektrik qatarlarının fəaliyyətinə təsir göstərməyəcək. Tətilin mənfi təsirini azaltmaq üçün Berlinin bəzi rayonlarında əlavə elektrik qatarları işləyəcək.

 

"Report" xatırladır ki, tətili “Verdi” həmkarlar ittifaqı çağırıb. O, BVG-nin təxminən 16 min işçisinin aylıq maaşının 750 avro artırılmasını tələb edir. “Verdi” BVG-ni kollektiv danışıqların birinci mərhələsində təkliflər təqdim etmədiyinə görə "yubatma taktikası"nda günahlandırır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.