İlham ƏIiyev Donald Trampa başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Vaşinqton şəhəri yaxınlığında sərnişin təyyarəsinin hərbi helikopter ilə toqquşması nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib.

 

Senzor.az bildirir ki, başsağlığında deyilir: "Vaşinqton şəhəri yaxınlığında sərnişin təyyarəsinin hərbi helikopter ilə toqquşması nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi son dərəcə kədərləndirdi.

 

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

 

Xatırladaq ki, Vaşinqtonun mərkəzindən 10-15 dəqiqəlik məsafədə, Ronald Reyqan hava limanı yaxınlığında səmada sərnişin təyyarəsi ABŞ ordusuna məxsus “Blackhawk” helikopteri ilə toqquşub. “American Airlines” təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb. İlkin məlumatlara görə, hadisədən sonra Potomak çayından azı 19 meyit çıxarılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.