Bir qrup cənubi azərbaycanlı Ermənistanın paytaxı İrəvanda Azərbaycan dilində “Qarabağ” mahnısını oxuyub.
Senzor.az bildirir ki, bunu əks etdirən görüntürlər erməni teleqram kanallarında yayılıb.
Görüntülər İrəvanın Respublika meydanında lentə alınıb.
Olayla bağlı Ermənistan hüquq-mühafizə orqanlarının araşdırma apardığı bildirilir.