Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Qoşunlarının (SQ) əməkdaşları İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alıblar.
Bu barədə Senzor.az-a DSX-dan məlumat verilib.
Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində yanvarın 28-də saat 4:15-də DSX SQ-nin "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı, 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.