Ermənistanın paytaxtı İrəvanda bu gündən (1 fevral) ictimai nəqliyyat haqlarının bahalaşmasına etiraz olaraq boykot aksiyasına başlanılır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bundan əvvəl yerli hökumətin qərarına əsasən, ictimai nəqliyyatda minimum gediş haqqı 100 dramdan 150 drama qaldırılıb.
Aksiyaya şəhərin Ağsaqqallar Şurasının üzvlərindən ibarət “Anamız Ermənistan” fraksiyası, Parlamentin “Ermənistan” fraksiyasından olan deputatı Qarnik Danielyan, eləcə də şəhərin keçmiş meri Ayk Marutyan da qoşulacaq.
Bahalaşma qərarının əleyhdarları vətəndaşları ictimai nəqliyyatda əvvəki kimi 100 dram gediş haqqı ödəməyə çağırırlar.
“Xatırladıram ki, irəvanlıların gedişhaqqının 150 dram deyil, əvvəlki kimi 100 dram səviyyəsində saxlanılması tələbi hələ də qüvvədədir. Boykot aksiyası da həmçinin”, - deyə Ayk Marutyan jurnalistlərə bildirib.