Tbilisidə polis dəstələri etirazçılara müdaxilə edib, saxlanılanlar var - FOTO

Tbilisidə xüsusi təyinatlı polis dəstələri strateji əhəmiyyətli yolu bağlamağa çalışan etirazçılara müdaxilə edib.

 

APA xəbər verir ki, “Tbilisi Mall”ın yaxınlığına toplanan etirazçılar paytaxtın şimal girişi olan Aqmaşenebeli prospektini bağlamağa cəhd ediblər. Etirazla əlaqədar əraziyə yüzlərlə polis xüsusi təyinatlısı cəlb olunub, çox sayda saxlanılanlar var. 

 

Gürcüstan DİN etirazçılara müraciət edərək qanunla müəyyən edilən çərçivəni aşmamağa çağırıb və strateji əhəmiyyətli yolun bağlanmasının cinayət məsuliyyətinə cəlb olunma ilə nəticələnəcəyinə dair xəbərdarlıq edib. Hazırda ərazidə gərginlik davam edir.

 

Etirazçılar aksiyalar zamanı saxlanılanların azadlığa buraxılmasını, yeni seçkilərin keçirilməsi kimi tələblər irəli sürürlər. Polisin müdaxiləsi zamanı xəsarət alanların olduğu bildirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.