Serbiya Prezidenti etirazçıları danışıqlara dəvət etdi
FOTO

Serbiya Prezidenti Aleksandar Vuçiç etiraz edən tələbə və müəllimləri fevralın 5-də rəsmən danışıqlara dəvət edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Belqrad rektorluğuna rəsmi məktub göndərilib.

 

"Əgər ali məktəb müəllimləri və tələbələr tələblərin bir qisminin yerinə yetirilmədiyi və ya tam yerinə yetirilmədiyi mövqeyini tuturlarsa, bu barədə, eləcə də hazırkı vəziyyətin aradan qaldırılması üçün dialoq açmaq lazımdır. Sizi fevralın 5-də gənclərin və bütün cəmiyyətin rifahı naminə söhbətlərə başlamağa dəvət edirəm", - məktubda bildirilib.

 

Qeyd edək ki, Serbiyada tələbələr hakimiyyəti onların tələblərini yerinə yetirməməkdə günahlandıraraq etiraz aksiyaları keçirirlər. Buna səbəb Novi-Sad şəhərində vağzal binasının beton talvarının uçması nəticəsində 15 nəfərin ölməsidir. Aksiya zamanı onlar faciə qurbanlarının xatirəsini 15 dəqiqəlik sükutla yad ediblər. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.