Çin də ABŞ məhsullarının idxalına rüsum tətbiq etdi

Çin ABŞ-dan neft, çoxlitrajlı avtomobillər, pikaplar və kənd təsərrüfatı texnikası idxalına 10 % rüsum tətbiq etdiyini elan edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Çin Xalq Respublikası Dövlət Şurasının Tarif və Təsnifat Komitəsinin fərmanında belə deyilir.

 

Həmçinin ABŞ-dan idxal olunan kömür və maye qaza 15 % rüsum tətbiq ediləcək.

 

Qərar ABŞ-ın Çin mallarına tətbiq etdiyi və bu gün qüvvəyə minən 10 % həcmində rüsuma cavab olaraq qəbul edilib.

 

Sənəddə qeyd olunub ki, ABŞ-ın birtərəfli rüsum tətbiq etməsi Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarını ciddi şəkildə pozur, eləcə də Çin ilə ABŞ arasında normal iqtisadi və ticarət əməkdaşlığına mane olur.

 

Xatırladaq ki, fevralın 1-də ABŞ Prezidenti Donald Tramp Meksika, Kanada və Çindən idxal edilən mallara rüsum tətbiq edilməsi barədə sərəncam imzalayıb. Çin malları üçün rüsum 10 %, Meksika malları üçün 25 % təşkil edəcək. Bundan başqa, Kanadanın enerji resurslarına görə 10 %, digər məhsullara görə isə 25 % rüsum tətbiq olunacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.