Kreml-dən AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı şərh etmək istəmədilər

Rəsmi Kreml “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer-190” sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin hesabatını şərh etmir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu bu gün keçirilən brifinqdə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

"Bu ilkin hesabatdır. Təbii ki, bizim aidiyyəti idarələrimiz bunu böyük diqqətlə, lazımi diqqətlə öyrənəcəklər. Rusiya Prezident Administrasiyasının bu mövzuya münasibət bildirməsi mümkün deyil, biz bunu mümkün hesab etmirik", - o bildirib.

 

Qeyd edək ki, ötən gün Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer-190” təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı istintaqın ilkin hesabatını dərc edib.

 

Xatırladaq ki, AZAL aviaşirkətinin Bakıdan Qroznıya uçan Embraer-190 sərnişin təyyarəsi dekabrın 25-də Aktau hava limanından 3 kilometr aralıda qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olmaqla 67 nəfər olub.

 

Qəza nəticəsində 39 nəfər həlak olub, 28 nəfər isə yaralanıb və xəstəxanaya çatdırılıb. Hər iki pilot və bir təyyarə bələdçisi həlak olub, daha iki ekipaj üzvü sağ qalıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.