Münhen Təhlükəsizlik Konfransı zamanı Ukrayna Prezidenti Volodimir Zelenskiyə doğma dilində danışmağa icazə verilməyib.
Bu barədə "Ura.ru" nəşri məlumat verib.
Məlumata görə, o, konfransda öz ölkəsinin dilində danışmaq niyyətində olub, lakin təşkilatçılar buna imkan verməyiblər.
"Mən Ukrayna dilində danışa bilərəm?", - deyə Zelenski soruşub.
"Xeyr", - deyə konfransın moderatoru cavab verib.
Belə sürətli rədd cavabından sonra, zalda gülüş səsləri eşidilib.
Qeyd edək ki, 61-ci Münhen Təhlükəsizlik Konfransının fevralın 14-dən 16-dək keçirilməsi nəzərdə tutulub. Bu konfrans beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi üçün dünyanın aparıcı forumlarından biri hesab olunur.