Ceyhun Bayramov və Paşinyan ATƏT-in baş katibi ilə görüşdülər
FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

 

Bu barədə Senzor.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

 

Görüşdə Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri, hazırda ATƏT-in üzləşdiyi çağırışlar, regional və beynəlxalq təhlükəsizlik məsələləri, bölgədəki mövcud vəziyyət, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi ətrafında fikir mübadiləsi aparılıb. 

Avropada təhlükəsizliyin ciddi çağırışlarla üzləşdiyi hazırkı dövrdə beynəlxalq hüquq normalarının, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi prinsiplərin qeyd-şərtsiz tətbiqinin təşviq edilməsinin vacibliyi qeyd olunub.

 

Nazir postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə qarşı tərəfi məlumatlandırıb. İlk növbədə keçmiş işğal dövrünün qalıqları olan strukturların ləğvinin ATƏT-in fəaliyyətinin effektivliyi, habelə regional reallıqlara uyğun şəkildə işin təşkili baxımından vacibliyi vurğulanıb.

 

Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatından bəhs edən nazir C.Bayramov, Ermənistan Konstitusiyasında və digər qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarının davam etdirilməsinin prosesə maneə olduğu diqqətə çatdırıb.

 

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

 

**


Ermənistan baş naziri Nikol Paşinyan da Almaniyada Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb. 

Senzor.az bildirir ki, bu barədə hökumət başçısı sosial şəbəkədə yazıb.

 

Baş nazir qeyd edib ki, görüş çərçivəsində Ermənistan – ATƏT tərəfdaşlığı və regional təhlükəsizlik müzakirə olunub.

 

Həmçinin Ermənistan – Azərbaycan sülh prosesi barədə fikir mübadiləsi aparılıb.

 

ATƏT baş katibi regionda sülh və sabitliyə sadiqliyini təsdiqləyib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.