Livan Tehrandan təhlükəsizlik səbəbi ilə ən azı fevralın 18-dək İran aviaşirkətinin Beyrut Beynəlxalq Hava Limanına uçuşlarını dayandırmasını istəyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Hüseyn Pourfarzaneh məlumat verib.
Onun sözlərinə görə, hazırda Beyrut hava limanında vəziyyət mürəkkəb və gərgindir, lakin İran tərəfi buna nəzarət edir və fevralın 18-dək hər şeyin normallaşacağına ümid edir.
Xatırladaq ki, fevralın 14-də “Hizbullah” şiə təşkilatının fəalları Livan hakimiyyətinin İranın “Mahan Air” aviaşirkətinin reyslərini qəbul etməməsi səbəbindən Beyrut Beynəlxalq Hava Limanına gedən magistral yolu bağlayıblar. Ötən həftə nümayişçilər BMT sülhməramlı qüvvələrinin komandirinin müavinini müşayiət edən konvoya hücum edərək CİP-lərdən birini yandırıblar.