Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən 17 həkim saxlanıldı - VİDEO

Türkiyədə FETÖ ilə əlaqəsi olduğu və təşkilati fəaliyyətlərdə iştirak etdiyi müəyyənləşdirilən, eyni zamanda, hazırda ölkədə aktiv həkimlik fəaliyyəti göstərən 17 şübhəli saxlanılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən ölkədə tibb mütəxəssislərinin müəyyənləşdirilməsi imtahanına hazırlıq xidməti göstərən yataqxanalar ilə FETÖ terror təşkilatının əlaqəsi araşdırılıb. İstanbul Respublika Baş Prokurorluğu tərəfindən bununla bağlı aparılan istintaq çərçivəsində prokurorluğun Qaçaqmalçılıq cinayətləri ilə mübarizə şöbəsinin əməkdaşları mərkəzi İstanbul olmaqla, Türkiyənin 10 vilayətində əməliyyat keçiriblər.

 

Şübhəlilərin ünvanlarında aparılan axtarış zamanı təşkilata aid çox sayda rəqəmsal material və sənəd aşkarlanaraq götürülüb.

 

İstintaq davam etdirilir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.