Ərdoğan NATO-nun baş katibi ilə regional və qlobal məsələləri müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən məlumat verilib.

 

Məlumata əsasən, söhbət zamanı regional və qlobal məsələlər müzakirə olunub.

 

Prezident Ərdoğan Türkiyənin Ukrayna ilə Rusiya arasındakı müharibənin sona çatması üçün əlindən gələni etdiyini və bundan sonra da üzərinə düşəni etməyə davam edəcəyini bildirib.

 

Dövlət başçısının sözlərinə görə, Ankara bir çox beynəlxalq təşkilatların, o cümlədən müharibə edən tərəflərin rəhbərləri və nümayəndələri ilə görüşlər keçirir.

 

Türkiyə Prezidentinin sözlərinə görə, ədalətli və davamlı sülhə nail olmaq mümkündür.

 

Ərdoğan Türkiyənin regionda və dünyada müharibələrə son qoymağa çalışdığını və beynəlxalq ictimaiyyətin Türkiyənin müharibələrə son qoymaq və sülhü təmin etmək səylərinə dəstək verməsinin vacib olduğunu bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.