Makron bazar günü Ərdoğandan başqa daha kimlərə zəng edib?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

 

Senzor.az bildirir ki, Fransa tərəfinin təşəbbüsü ilə reallaşan danışıq zamanı R.T.Ərdoğan Türkiyənin Rusiya ilə Ukrayna arasında müharibəyə son qoyulması, ədalətli və davamlı sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirdiyini söyləyib. 

 

Ərdoğan Türkiyənin bir neçə dəfə döyüşən tərəfləri danışıqlar masasına oturtmağı bacaran bir ölkə kimi sülh danışıqlarına, o cümlədən onlara ev sahibliyi etməklə öz töhfəsini verə biləcəyini və münaqişə tərəflərindən heç birini istisna etməyən danışıqlar prosesinin başlanmasının vacib olduğunu bildirib.

 

Prezident Ərdoğan fələstinlilərin Misirə, İordaniyaya və ya başqa bir üçüncü ölkəyə deportasiya planının qəbuledilməz olduğunu bəyan edib.

 

Tərəflər iki NATO müttəfiqinin lideri olaraq yeni dövrdə daha koordinasiyalı şəkildə işləmək barədə razılığa gəliblər.

 

Yeri gəlmişkən, Makron özü isə sosial şəbəkə hesabında etdiyi paylaşımda yazıb ki, eyni gündə Ərdoğana və daha 5 liderə zəng edib.

 

“Bir müddət əvvəl mən Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa Birliyi Şurasının prezidenti Antonio Kosta, Şolts, Starmer, Ərdoğan və Orbanla danışdım. Avropalı həmkarlar və müttəfiqlərlə birgə biz Ukraynada sülhün bərpasına sadiqik", - o vurğulayıb.

 

Makron həmçinin, qeyd edib ki, nizamlanma ədalətli, davamlı və uzunmüddətli əsasda olmalıdır və danışıqlar Avropanın təhlükəsizliyini gücləndirməlidir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.