Nüfuzlu dövlət qurumları İlon Maska hesabat verməkdən İMTİNA ETDİLƏR

Federal Təhqiqatlar Bürosu (FTB), Pentaqon və Dövlət Departamenti də daxil olmaqla, ABŞ-ın bir neçə qurumunun rəhbərliyi Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maska hesabat vermək niyyətində deyillər.

 

Məlumatı “The New York Times” (NYT) yayıb.

 

Bildirilib ki, sözügedən rəhbərlər öz əməkdaşlarına İlon Maskın qurumlarına öz fəaliyyətinə dair hesabat verməli olduqları barədə tələblərinə cavab verməməyi tapşırıb. 

 

“NYT”, həmçinin yazıb ki, ölkənin Səhiyyə Nazirliyi, Energetika Nazirliyi, eləcə də Daxili Təhlükəsizlik Nazirliyi də “DOGE” rəhbərinin tələbini yerinə yetirməyə hazırlaşmırlar. 

 

Qeyd edək ki, İlon Mask dövlət qurumlarına elektron məktub göndərərək həftə ərzində öz fəaliyyətləri barədə hesabat təqdim etmələrini tələb edib. O, qurumları bu tələbin yerinə yetirilməməsi halında istefa ilə hədələyib. “DOGE” rəhbəri həmin tələbləri hətta federal məhkəmələrə də ünvanlayıb. 

 

Onu da xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp “DOGE”ni yanvar ayında təsis edib və amerikalı milyarder İlon Mask ona rəhbər təyin olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.