İran Prezidenti Məsud Pezeşkian Tehranda işgüzar səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib.
Bu barədə TASS məlumat yayıb.
Lavrov görüşdə Rusiya Prezidenti Vladimir Putinin salamını İran rəhbərinə çatdırıb və iki ölkə arasında imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin artıq icrasına başlandığını bildirib.
Rusiya XİN rəhbəri bundan əvvəl iranlı həmkarı Abbas Ərakçi ilə danışıqlar aparıb.
Xatırladaq ki, Lavrov fevralın 24-də Türkiyədə səfərdə olub. O, həmkarı Hakan Fidan, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.