Ukrayna NATO-ya daxil olmaq perspektivlərini unutmalıdır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp deyib.
“Deyə bilərəm ki, NATO-nu unuda bilərsiniz. Düşünürəm ki, hər şeyin başlamasının səbəbi çox güman ki, budur”, - ABŞ lideri qeyd edib.
D.Tramp onu da vurğulayıb ki, ABŞ Ukraynanın təhlükəsizlik təminatına görə məsuliyyəti Avropaya həvalə edəcək: “Mən hər hansı əhəmiyyətli təhlükəsizlik zəmanəti vermək fikrində deyiləm. Biz bunu Avropaya həvalə edəcəyik, Ukrayna onların qonşusudur. Ancaq biz, əlbəttə ki, hər şeyin yaxşı olmasına nəzarət edəcəyik”.