Ceyhun Bayramov Kaya Kallasla danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında telefon danışığı olub. 

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, telefon danışığı çərçivəsində Azərbaycan və Aİ münasibətlərinin hazırkı durumu və perspektivləri nəzərdən keçirilib, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

 

Tərəflər ikitərəfli əməkdaşlıq münasibətlərinin geniş potensiala malik olduğunu, gündəlikdə duran məsələlərin irəlilədilməsi məqsədilə qarşılıqlı səfərlərin həyata keçirilməsi də daxil olmaqla siyasi dialoqun intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.

 

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.