"Mən özümü Donald Trampın qarşısında qətiyyən günahkar saymıram. Hesab edirəm ki, hərdən biz bəzi məsələləri jurnalistlərin iştirakı olmadan müzakirə etməliyik. Trampla münasibətlərimiz iki Prezidentin yanaşmasından daha yüksəkdə olmalıdır".
Senzor.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "FOX News" telekanalına müsahibəsində “ABŞ lideri Donald Trampla görüşdən sonra ondan üzr istəyib-istəməyəcəyinə” dair sualı cavablandırarkən deyib.