Türkiyə terrorla mübarizədə son on ildə ciddi nəticə əldə edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəhidlərin ailə üzvləri və qazilərlə iftar proqramında çıxışı zamanı deyib.
O bildirib ki, indi bütün dünyada təyyarəsi, tankı, topu, raketi ilə fərqlənən Türkiyə var: “Biz başqalarının gündəmindən asılı vəziyyətə düşmədən, öz tariximizi yazırıq”.
Dövlət başçısı həmçinin terrorçulara xəbərdarlıq edib: “Sözlərinin üstündə durmasalar bizdən inciməsinlər. Son terrorçu məhv olunana qədər əməliyyatlarımızı davam etdirərik. Terrorsuz Türkiyə hədəfimizə çatmağımıza kimsə mane ola bilməyəcək”.
Qeyd edək ki, PKK-nın həbsdəki lideri Abdullah Öcalanın terror təşkilatına tərk-silah müraciətindən sonra PKK atəşkəs elan etdiyini açıqlayıb.