Hərbçilərimizin Qazaxıstanda gecə artilleriya atışları BÜTÜN HƏDƏFLƏR MƏHV EDİLDİ

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsi davam edir.
 
Senzor.az bildirir ki, Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 
Doqquz ölkənin iştirak etdiyi müsabiqənin növbəti mərhələsində tapşırıqlar gecə vaxtı icra edilib.
 
Bu mərhələdə komandalar zirehli döyüş maşınlarında gecəgörmə cihazlarından istifadə etməklə marşrut üzrə təyin olunan müxtəlif maneələri dəf edib, həmçinin işıqlandırılan hədəflərə minaatanlar, qumbaraatanlar və avtomatlardan atəş açıblar.
 
Hərbçilərimiz bu mərhələdə də bütün hədəfləri sərrast atəşlə məhv ediblər.
 
İkinci mərhələnin nəticələrinə görə Qazaxıstan birinci, Rusiya ikinci, Azərbaycan artilleriyaçıları isə üçüncü yerdə qərarlaşıb.
 
Qeyd edək ki, “Artilleriya atəşinin ustaları” müsabiqəsi üç mərhələdən ibarətdir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.