ABŞ Prezidenti Co Bayden milli təhlükəsizlik komandası ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib.
Senzor.az bildirir ki, bu barədə Baydenin yazılı açıqlamasında məlumat verilib.
Bayden bildirib ki, ABŞ ordusu Əfqanıstanda İŞİD terrorçularına qarşı aviazərbələr endirməyə davam edəcək.
“Mən dedim ki, Kabildə hərbçilərimizə və günahsız mülki vətəndaşlarımıza hücumdan məsul olan qrupu təqib edəcəyik və bunu etdik. Bu zərbə sonuncu deyildi”, - deyə o qeyd edib.
ABŞ lideri əlavə edib ki, yaxın 24-36 saat ərzində Kabil hava limanında yeni terror aktının baş verəcəyi ehtimal edilir.