Türkiyənin Kabildəki səfirliyinin işçiləri müvəqqəti çalışdıqları Kabil hava limanını tərk edərək öz iş yerlərinə qayıdıblar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina və Monteneqroya səfərdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Bir gün əvvəl səfirlik işçiləri öz binamıza qayıdıb və fəaliyyətlərini buradan davam etdirirlər. Hazırkı planımız diplomatik mövcudluğu bu şəkildə davam etdirməkdir. Təhlükəsizliklə əlaqədar olaraq alternativ planlarımızı hər ehtimala qarşı hazır saxlayırıq. İşçilərimizin təhlükəsizliyi bizim prioritetimizdir", - Ərdoğan bildirib.