"ABŞ Kabildəki diplomatik missiyasını bağlayacaq" "TALİBLƏRİN SÖZÜNƏ İNANMIRIQ…”

"Taliban"ın nəzarət etdiyi Əfqanıstanda Amerika diplomatik nümayəndəliyinin saxlanılması ehtimalı azdır".
 
Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken “NBC” telekanalına müsahibəsində bildirib.
 
Dövlət katibi ABŞ-ın Əfqanıstanı tərk etmək istəyən və sentyabrın 1-nə qədər ölkədən çıxmayan insanlara yardım göstərmək öhdəliyinin qüvvədə qalacağını vurğulayıb.
 
"İnsanların Əfqanıstandan çıxmağa qərar verdikləri təqdirdə onların ölkəni tərk etmələrini asanlaşdıran yollarımız və mexanizmlərimiz var", - Blinken deyib.
 
ABŞ Dövlət Departamentinin rəhbəri taliblərin 31 avqustdan sonra sərhədləri açıq saxlamaq vədini yerinə yetirəcəyinə ümid etdiyini bildirib: "İndi, əlbəttə ki, taliblərin sözünə inanmırıq. Onları əməllərinə görə qiymətləndiririk və müşahidə edirik".
 
Azvision.az xatırladır ki, daha əvvəl "Taliban" tezliklə Kabil hava limanına tam nəzarət edəcəyini açıqlayıb. 29 avqust tarixinə olan məlumata görə, ABŞ Silahlı Qüvvələri Əfqanıstandan təxminən 140 min adamı təxliyə edib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.