Tramp Putinə zəng etdi:
NƏLƏR MÜZAKİRƏ OLUNUB?

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib.

 

Senzor.az bildirir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. 

 

Onun sözlərinə görə, söhbətdə əsas diqqət İran ətrafındakı vəziyyətə, həmçinin ABŞ nümayəndələrinin iştirakı ilə Ukrayna münaqişəsinə dair aparılan üçtərəfli danışıqlara yönəldilib.

 

Yuri Uşakov bildirib ki, telefon danışığı zamanı Putin İran münaqişəsinin mümkün qədər tez siyasi-diplomatik yolla tənzimlənməsinə yönəlmiş bir sıra fikirlərini səsləndirib. O, İran Prezidenti və bir sıra digər dövlət rəhbərləri ilə apardığı danışıqlar barədə məlumat verib.

 

Öz növbəsində Donald Tramp ABŞ və İsrail tərəfindən həyata keçirilən əməliyyatın gedişatından danışıb. Uşakovun sözlərinə görə, liderlər arasında bu mövzuda konkret və faydalı fikir mübadiləsi aparılıb. Bundan əlavə, Yuri Uşakov bildirib ki, ABŞ Prezidenti Ukraynadakı münaqişənin tezliklə atəşkəslə və uzunmüddətli siyasi həll yolu ilə başa çatdırılmasında maraqlı olduğunu bir daha ifadə edib. 

 

Telefon danışığı zamanı Rusiya tərəfi Donald Trampın komandası və onun şəxsi vasitəçilik səylərinə müsbət qiymət verib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.