
İran Prezidenti Məsud Pezeşkian və Rusiya Prezidenti Vladimir Putin gələn həftə görüşməyi planlaşdırırlar.
"Al Jazeera" bildirir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali məlumat verib.
Onun sözlərinə görə, iki prezidentin görüşü avqustun 31-i Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutacaq.