
Sankt-Peterburqda dron hücumu nəticəsində "Ozon"un logistika anbarlarının birində yanğın baş verib.
"İnterfaks" xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
"Biz operativ şəkildə bütün işçiləri təxliyə etdik, heç kim xəsarət almayıb", - məlumatda qeyd olunub.
"Ötən gecə Sankt-Peterburqa pilotsuz uçuş aparatlarının hücumları zamanı Nevski, Krasnoselski, Krasnoqvardeyski, Moskva rayonlarında və "Peterburq neft terminalı"nın ərazisində mülki infrastruktur obyektlərində yanğın baş verib", - şəhərin qubernatoru Aleksandr Beqlov bildirib.
Onun sözlərinə görə, hücumlar nəticəsində bir nəfər həlak olub, daha beş nəfər yaralanıb.