
İran Prezidenti Məsud Pezeşkian oktyabrın 19-da Tehranda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, görüş zamanı İran və Rusiya arasında ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq gündəmdəki son proseslər müzakirə edilib.
Görüş zamanı Tehran və Moskva arasında əməkdaşlığın daha da gücləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.
