
Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifət tərəfindən seçki hüquqlarının məhdudlaşdırılmasına məruz qalan vətəndaşları etiraza çağırıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, sosial mediada yazıb.
“Seçki hüquqlarının məhdudlaşdırılmasına məruz qalan və qanunsuz təzyiqlərə uğrayan bütün vətəndaşları etiraz aksiyaları təşkil etməyə çağırıram”, - Paşinyan bildirib.
Baş nazir qarşıdan gələn bələdiyyə seçkilərində seçki saxtakarlığına qarşı şəxsən mübarizə aparacağına söz verərək, hətta öz komandasının üzvlərinə belə rəhm etməyəcəyini vurğulayıb.