Özbəkistan Prezidenti ABŞ-ın dövlət katibi ilə görüşdü – SƏMƏRQƏNDDƏ 12 MİLYARDLIQ 54 SAZİŞ İMZALANDI
VİDEO

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 19-da Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Marko Rubionu qəbul edib. 

 

Senzor.az Özbəkistan Prezidentinin rəsmi saytına istinadən bildirir ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi məsələləri müzakirə olunub, ticari-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə xüsusi diqqət yetirilib.

 

Qeyd olunub ki, ilin əvvəlindən iki ölkə arasında ticarət dövriyyəsi 35 faiz artıb.

 

Tərəflər, həmçinin strateji əhəmiyyətli faydalı qazıntılar, energetika, nəqliyyat, süni intellekt və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

**

Bu görüşdən əvvəl isə Səmərqənddə keçirilən Amerika–Özbəkistan Biznes və İnvestisiya Şurasının iclası çərçivəsində ümumi dəyəri 12 milyard dollar olan 54 saziş imzalanıb.

 

Razılaşmalar ticarət, investisiya və texnoloji əməkdaşlığı əhatə edir. Layihələr sənayenin, nəqliyyat və enerji infrastrukturunun modernləşdirilməsinə, kritik mineral ehtiyatlarının mənimsənilməsinə, rəqəmsal texnologiyaların, kənd təsərrüfatının, səhiyyənin və təhsilin inkişafına yönəlib.

 

Nəqliyyat sahəsində “GE Aerospace” şirkəti ilə əməkdaşlıq çərçivəsində “Uzbekistan Airways” aviaşirkətinin yeni təyyarələri üçün mühərriklərin tədarükü nəzərdə tutulur. “Wabtec” şirkəti ilə layihələr isə dəmir yolu texnikası və ehtiyat hissələrinin yerli istehsalına istiqamətlənib.

 

“Franklin Templeton”, “Oppenheimer & Co.”, “Citigroup” və “BlackRock” kimi maliyyə qurumları ilə əməkdaşlıq Özbəkistan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışını genişləndirməyi hədəfləyir.

 

Mədən sənayesi sahəsində “ReElement Technologies”, “Traxys” və “Trafigura” ilə layihələr yeni yataqların işlənməsini və mineral resursların tədarükünü nəzərdə tutur.

 

Bundan başqa, “Amazon Leo”, “GE HealthCare” və “Valmont Industries” ilə layihələr peyk rabitəsinin, müasir tibbi texnologiyaların və kənd təsərrüfatının inkişafını əhatə edir.

 

Nazirlik bildirib ki, əldə olunan razılaşmalar Özbəkistan və ABŞ arasında iqtisadi əməkdaşlığın yeni mərhələsi üçün əsas yaradır.

 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.