Türkiyə Silahlı Qüvvələrinin FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində növbəti genişmiqyaslı əməliyyatlar keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, əməliyyatlar ölkənin 12 vilayətində paralel qaydada təşkil olunub.
Əməliyyatlar nəticəsində terror təşkilatları ilə əlaqəsi olmaqda şübhəli bilindiyi üçün barəsində həbs qətimkan tədbiri seçilmiş 40 hərbçidən 32-si yaxalanıb. Digər hərbçilərin də saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.