Əfqanıstanın Herat əyalətində qadınlar etiraz aksiyası keçiriblər. Onlar qadın hüquqları ilə bağlı bir sıra tələblər irəli sürüblər.
Bu barədə “Tolo News” xəbər yayıb.
Etirazçılar qadınların hüquqlarının təmini, hökumətdə təmsilçilyə imkan yaradılmasını istəyibər. Nümayişçilər deyiblər ki, qadınların iştirakçılığı olmadan heç bir hökumət sabit və davamlı ola bilməz.
Bundan əlavə, mitinq iştirakçıları “Taliban”ın əleyhinə çıxış ediblər, dünya ictimaiyyətini əfqan qadınları unutmamağa çağırıblar. Nümayişdə yerli fəallar, tələbələr və dövlət qurumlarının əməkdaşları iştirak ediblər.
Bu, Əfqanıstanda hakimiyyət dəyişikliyindən sonra qadınların iştirakı ilə keçirilən ilk mitinq deyil. Bundan əvvəl oxşar tədbir paytaxt Kabildə də keçirilib. Prezident sarayının qarşısına toplaşan etirazçılar təhsil, iş və ölkənin siyasi həyatında iştirak hüquqlarını tələb ediblər.