Polşa Prezidenti Belarusla sərhəddə fövqəladə vəziyyət elan etdi - SƏRƏNCAM

Polşa Prezidenti Andjey Duda Belarusla sərhəddə fövqəladə vəziyyətin elan olunması ilə bağlı sərəncam imzalayıb.
 
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Polşa Prezidentinin mətbuat katibi Blajey Spixalskiy açıqlayıb.
 
Onun sözlərinə görə, Polşa Prezidenti sözügedən sərəncamı Belarusla sərhəddə qanunsuz miqrantlarla bağlı yaranmış vəziyyətə görə imzalayıb.
 
Bildirilir ki, sənəd rəsmi olaraq nəşr olunduqdan sonra qüvvəyə minəcək. Bununla yanaşı, parlament bu sənədi nəzərdən keçirəcək və onu ləğv etmək səlahiyyətlərinə malikdir.
 
Ən son məlumatlara görə, avqustun əvvəlindən Polşa sərhədçiləri dövlət sərhədinin qanunsuz keçilməsinə dair üç mindən çox cəhd qeydə alıb. Ümumilikdə 2020-ci ildə cəmi 120 belə cəhd qeydə alınıb.
 
Qeyd edək ki, Belarusla sərhəddə fövqəladə vəziyyətin elan olunması ilə bağlı Prezident Dudaya ölkənin Nazirlər Kabineti müraciət edib. Bu xüsusi vəziyyət rejimi isə 30 gün ərzində qüvvədə olacaq və uzadıla da bilər.
 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.