Rusiya Müdafiə Nazirliyinin mütəxəssislərindən ibarət nümayəndə heyəti dünən Ermənistana gəlib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, nümayəndə heyəti Ermənistan müdafiə naziri Arşak Karapetyanla görüşüb.
Ermənistana gələn nümayəndə heyətinə general-mayor Valeri Jila rəhbərlik edir.