“Taliban” Pəncşirin ən böyük bölgəsini ələ keçirib - YENİLƏNİB

Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” döyüşçüləri cümə günü Pəncşir əyalətinin ən böyük bölgəsini ələ keçirdiklərini bildiriblər.
 
Bu barədə hərəkatın nümayəndəsi Bilal Kərimi özünün “Twitter” səhifəsində məlumat verib.
"Son xəbərlərə görə, Pəncşirin ən böyük bölgəsi olan Priyan tamamilə mücahidlərin əlinə keçib. Priyan Şotuldan sonra mücahidlərin əlinə keçən ikinci bölgədir", - Kərimi yazıb.
 
“Taliban” nümayəndəsi əlavə edib ki, toqquşmalar zamanı Rusiya istehsalı olan zirehli maşınlar və digər hərbi texnikalar qənimət kimi götürülüb: “Düşmənin əhval-ruhiyyəsi aşağıdır, əməliyyatlar sürətlə gedir”.
 
Bu arada Əfqanıstanın vitse-prezidenti Əmirullah Saleh ölkəni tərk etdiyinə dair yayılan xəbərləri təkzib edib.
 
Salehin "Tolo News" telekanalı tərəfindən yayımlanan video müraciətində belə deyilir.
 
Saleh bildirib ki, ölkəni tərk etməsi və Əfqanıstandan kənarda olduğu barədə məlumatlar düşmən təbliğatıdır.
 
"Müqavimət davam edir və davam edəcək. Mən öz torpağım uğrunda və onun ləyaqətini müdafiə etmək üçün burdayam", - bunu isə Saleh öz “Tvitter”ində yazıb.

**21:38
 

“Taliban” nəzarətində olmayan sonuncu Əfqanıstan vilayəti Pəncşiri də ələ keçirib.

 
“Haber Global”ın məlumatına görə, ölkənin müqavimət hərəkatının liderlərindən olan keçmiş vitse-prezident Əmrullah Salehin Tacikistana qaçdığı bildirilib.
 
Kabildən 150 km aralı olan bölgənin gərgin döyüşlər nəticəsində alındığı qeyd edilib.
 
“Taliban”ın bütün ölkə üzərində hakimiyyətini bərqərar etməsi paytaxt Kabildə havaya nizamsız atəş açılmaqla qeyd edilib.

 








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.