Əfqanıstanın Pəncşir əyalətindəki müqavimət qüvvələrinin nümayəndəsi Fahim Daşti bu gün “Taliban” hərəkatının 600 silahlısının zərərsizləşdirildiyini açıqlayıb.
Bu barədə o, özünün “Tvitter”dəki hesabında yazıb.
“Səhər saatlarından Pəncşirin ayrı-ayrı rayonlarında 600-ə yaxın silahlı zərərsizləşdirilib. “Taliban”ın 1 000-dən çox döyüşçüsü ələ keçirilib və ya silahı yerə qoyub”, - Daşti qeyd edib.
Onun sözlərinə görə, taliblər ölkənin digər ərazilərindən təchizatla bağlı çətinliklərlə üzləşiblər.
“Report” xatırladır ki, “Taliban” hərəkatı ötən ayın əvvəllərində Əfqanıstanda hökumət qüvvələrinə qarşı hücumları genişləndirib. Bunun nəticəsi olaraq avqustun 15-də paytaxt Kabil hərəkat silahlılarının əlinə keçib.