"Xalqın hökumətə inamsızlığı səbəbindən “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirə bildi".
Bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri komandanı, general Mark Milli “Fox News”a açıqlamasında deyib.
Onun sözlərinə görə, Əfqanıstanda baş verənlərin əsas səbəblərindən biri də hökumətdəki korrupsiyadır.
"Ölkə vətəndaşları hökumətə inanmırdı. Bunun nəticəsində nə baş verdiyini gördünüz. Hökumət, ordu çökdü. Lakin hökumətinin süqutu gözlənildiyindən daha sürətli baş verdi", - amerikalı general əlavə edib.