“Taliban” Pəncşirdə mövqe tutan müqavimət qüvvələrinin lideri Əhməd Məsudla müqavilə bağlamaqdan imtina
edib.
Senzor.az xarici KİV-ə istinadən xatırladır ki, daha əvvəl Məsud “Taliban” döyüşçülərinin hərbi əməliyyatları dayandırıb Pəncşirdən geri çəkiləcəyi təqdirdə atəşi dayandırmağa hazır olduğunu bildirmişdi.
Bu arada o da məlum olub ki, Pəncşir əyalətində gedən döyüşlər zamanı müqavimət qüvvələrinin sözçüsü Fahim Daşti öldürülüb.
Dəştinin Əfqanıstan İslam Cəmiyyəti Partiyasının görkəmli üzvlərindən olduğu bildirilir.
Onun hansı şəraitdə və necə öldüyü dəqiqləşdirilməyib.