Əhməd Məsud xalqı "Taliban"a qarşı üsyana çağırdı YENİLƏNİB

Pəncşirdəki müqavimət qüvvələrinin lideri Əhməd Məsud Əfqanıstan xalqını  “Taliban”a qarşı üsyana çağırıb.
 
Senzor.az bildirir ki, o bunu "Facebook" üzərindən müraciətində edib.
 
"Bütün Əfqanıstan xalqını, ölkənin hər yerindəki qardaşlarımızı zülmkarlara müqavimət göstərməyə çağırıram. Mübarizəmiz bitməyib, bacardığınız qədər müqavimət göstərin", - Məsud bildirib.
 
Onun sözlərinə görə, mövcud mənzərə Əfqanıstanın özünü bütün dünyadan siyasi və iqtisadi cəhətdən təcrid edəcəyini göstərir.
 
Əhməd Məsud qeyd edib ki, əyalətdə baş verən son toqquşmalar xarici qüvvələrin "Taliban"la birlikdə Əfqanıstan xalqına qarşı vuruşduğunu göstərir.
 
"Hücumlar göstərdi ki, xarici qüvvələr uzun müddətdir "Taliban"la bərabərdir və hələ də Əfqanıstan xalqına qarşıdır ”, - Məsud əlavə edib.
 
**12:22
"Əfqanıstanın Pəncşir əyalətində müqavimət qüvvələrinin lideri Əhməd Məsud təhlükəsiz yerdədir".
 
Bu barədə müqavimət nümayəndəsi Əli Maisam Nazari öz “Twitter” səhifəsində bildirib.
 
Onun sözlərinə görə, Məsud tezliklə tərəfdarlarına müraciət edəcək.
 
Xatırladaq ki, bazar ertəsi günü "Taliban" sözçüsü Zabihulla Mücahid hərəkatın Pəncşir əyalətini tam nəzarətə götürdüyünü bəyan edib. Müqavimət qüvvələri isə bu xəbəri təkzib edirlər.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.