
Sentyabrın 6-da Bakının Suraxanı Rayon Məhkəməsi keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun bloger Mehman Hüseynova qarşı iddiasını təmin etməyib.
M.Hüseynov Turan-a bildirib ki, şikayətə A.Məmmədovun Londondakı bahalı avtomobillərinin fotolarının sosial şəbəkələrdə yayılması səbəb olub.
Keçmiş nazirin oğlu bildirib ki, material blogerə məxsus akkauntda dərc edilib.

Məhkəmə cavabdehin və onun vəkili Şəhla Hümbətovanın dəlillərini qəbul edib və iddianı təmin etməyib.