İkinci Qarabağ müharibəsi zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Senzor.az Ermənistan mətbuatına istinadən bildirir ki, hərbi qulluqçunun meyitinin qalıqları Hadrut istiqamətində aşkarlanıb.
Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.
Bununla da indiyədək Qarabağda aşkarlanan erməni hərbçilərinin meyitlərinin sayı 1 657-yə çatıb.