İran Silahlı Qüvvələri ölkənin təhlükəsizliyinə təhdid yaradacaqları təqdirdə İraq Kürdüstanı ərazisindəki terrorçu qruplaşmalara zərbələr endirə bilər.
IRNA-nın məlumatına görə, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunları komandanı, briqada generalı Məhəmməd Pakpur bəyan edib.
Onun sözlərinə görə, terrorçular İran-İraq sərhədi bölgəsində gərginlik yaratmağa çalışırlar. Belə vəziyyətin davam etməsi isə İran tərəfindən yolverilməzdir.