Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatının silahlıları jurnalistlərə Kabildə baş verən etiraz aksiyalarını lentə almağa icazə vermirlər.
“Tolo News” telekanalının rəhbəri Lütfulla Nəcəfizadə bu barədə “Twitter”də yazıb.
"Medianın kameraları əlindən alınır, jurnalistlərdən çəkməmələri tələb olunur. Etirazçılar Kabildə yürüşlərini davam etdirirlər. Etiraz etmək və məlumat vermək azadlığı haradadır?", - o bildirib.
L.Nəcəfizadə daha əvvəl yüzlərlə əfqanın Pakistanı tənqid edən şüarlar altında Kabildə etiraz aksiyası keçirdiyini yazıb. Onlar İslamabadı Əfqanıstanın daxili işlərinə qarışmaqda günahlandırıblar.
Məlumata görə, "Taliban" etirazçıları dağıtmaq üçün havaya atəş açıb.