Əfqanıstanın Pəncşir əyalətini ələ keçirən “Taliban” silahlıları terrorçular tərəfindən öldürülmüş Şimal İttifaqının lideri Əhməd Şah Məsudun məzarını təhqir ediblər.
Bu barədə “1TV News” kanalının keçmiş rəhbəri Həmid Haydar “Twitter”də yazıb.
O, Məsudun təhqir olunmuş məzarının fotosunu da paylaşıb. Qarşı tərəf məsələyə münasibət bildirməyib.
Azvision.az xatırladır ki, Əfqanıstanın səhra komandiri, ölkənin müdafiə naziri olmuş Məsud 2001-ci ildə qətlə yetirilib. Onun oğlu Əhməd Məsud Pəncşirdəki müqavimət qüvvələrinə rəhbərlik edib. Dünən "Taliban" əyaləti ələ keçirdiyini və müharibənin bitdiyini bildirib.