UEFA Konfrans Liqası qrup mərhələsinin I turundakı "Qarabağ" - "Bazel" (İsveçrə) oyununun keçiriləcəyi stadion dəyişdirilib.
UEFA-nın rəsmi saytı xəbər verir ki, matç daha əvvəl nəzərdə tutulduğu kimi Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməyəcək.
Qarşılaşma Bakı Olimpiya Stadionunda oynanılacaq. Buna səbəb Respublika stadionunun ot örtüyünün istənilən səviyyədə olmamasıdır.
“Report” xatırladır ki, sentyabrın 16-da gerçəkləşəcək "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də başlayacaq.