Əfqanıstanın ölkədən qaçmış dövlət başçısı Əşrəf Qani bəyanat yayıb.
“Report” xəbər verir ki, bəyanat Ə.Qaninin “Tvitter” səhifəsində yerləşdirilib.
O, Kabili tərk etmək barədə qərarı həyatının ən çətin qərarı adlandırıb. Devrilmiş prezident hər şeyin bu cür faciə ilə başa çatmasına görə Əfqanıstan xalqından üzr istəyib.
"Mən inanırdım ki, Kabili tərk etmək silahları susdurmaq və şəhərin 6 milyon əhalisini qorumaq üçün yeganə yoldur", - o qeyd edib.
Ə.Qani Əfqanıstanı tərk edərkən külli miqdarda pul vəsaitini özü ilə aparması barədə yayılmış məlumatları bir daha təkzib edib. O, rəsmi audit və ya BMT xətti ilə maliyyə araşdırmasının təşkil edilməsini dəstəkləyəcəyini vurğulayıb.