Ukrayna və Rusiya prezidentləri BMT Baş Assambleyası çərçivəsində görüşə bilərlər.
Axar.az xəbər verir ki, bunu Ukraynanın ABŞ-dakı keçmiş səfiri Valeri Çalıy deyib.
O, Ukrayna Prezidenti Vladimir Zelenskinin sentyabrın sonunda ABŞ-a səfər edəcəyini bildirib.
Qeyd edək ki, Vladimir Zelenski bundan öncə Vladimir Putinlə görüşməyi təklif etmiş, Kreml də bu görüşə qarşı olmadığını bildirmişdi.