“Əfqanıstan hökumətinin yeni üzvlərinin ABŞ-ın “qara siyahısı”nda olması Doha müqaviləsini pozur”.
“Taliban” hərəkatının yaydığı bəyanatda belə deyilir.
Bəyanatda qeyd edilib ki, istisnasız olaraq yeni hökumətin bütün məmurları BMT və ABŞ-ın “qara siyahı”larından çıxarılmalı idi: “Tələb qüvvəsində qalır”.
APA xatırladır ki, ötən il fevralın 29-da Qətərin paytaxtında “Taliban” ABŞ-la NATO qoşunlarının Əfqanıstandan çıxarılmasını özündə ehtiva edən sülh müqaviləsi imzalayıb. “Taliban” bunun müqabilində Əl-Qaidə ilə əlaqələri kəsəcəklərinə və ölkə rəhbərliyi ilə danışıqlar masasına oturacaqlarına söz verib.