“Taliban” Əfqanıstanın Pəncşir əyalətində etnik təmizləməyə başlayıb.
Bu barədə Əfqanıstan Milli Müqavimət Cəbhəsinin sözçüsü Əli Nəzəri məlumat yayıb.
O, bununla bağlı "Twitter"də yazıb: "Taliban qruplaşması Pəncşir əyalətindən minlərlə insanı qovub. Dünya hələ də bu vəziyyəti izləyir və görməzdən gəlir".
Müqavimət nümayəndəsi beynəlxalq birliyi proseslərə müdaxilə etməyə çağırıb.
Azvision.az xatırladır ki, “Taliban” Əfqanıstanda hərbçi çevrilişə nail olandan sonra Pəncşirə ən axırda daxil ola bilib.